ABŞ-ın 45-ci prezidenti Donald Trampın vəzifəyə keçməsi münasibəti ilə üç gün davam edəcək təntənəli mərasim Vaşinqtonda baş tutacaq. Yeni dövlət başçısının yanvarın 20-də Konqresdə planlaşdırılan inauqurasiyası isə sələflərinə nisbətən daha qısa və işgüzar şəraitdə keçiriləcək.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mərasimin təşkilatçılarının sözlərinə görə, Tramp və ABŞ-ın seçilmiş vitse-prezidenti Maykl Pens Arlinqton Milli Qəbiristanlığında naməlum əsgərin abidəsinə əkili qoyacaq. Sonra onlar Vaşinqtonun mərkəzi bulvarında yerləşən və inauqurasiyaya həsr olunmuş konsertin keçiriləcəyi prezident Avraam Linkoln Memorialını ziyarət edəcəklər.
ABŞ paytaxtının mərkəzində təntənəli mərasimə hazırlıq işləri demək olar ki, yekunlaşıb. Ağ evdən ABŞ Konqresinin binasına qədər uzanan “Pennsylvania Avenue” küçəsinin hər iki tərəfində insanların inauqurasiya paradını izləməsi üçün tribunalar quraşdırılıb.