“Financial Times” “Afrika buynuzu” adlanan ərazidə – Cibuti dövlətində Səudiyyə Ərəbistanının hərbi baza yaratmaq niyyəti olduğu barədə məlumat yayıb.
Strateq.az xəbər verir ki, Qırmızı dəniz və Ədən körfəzində yerləşən Cibutidə artıq ABŞ və Fransanın hərbi bazaları var.
Bu il Çin də həmin ərazidə hərbi baza açır.
Cibutinin xarici işlər naziri Mahmud Əli Yusifin sözlərinə görə, regional təhlükəsizlik məsələsinə ciddi önəm verən Səudiyyə Ərəbistanı ilə hərbi baza yaradılmasına dair müqavilənin hazırlanması yekunlaşmaqdadır.
Nazir bildirib ki, artıq rəsmi ər-Riyadla təhlükəsizlik və məhkəmə sahələrində əməkdaşlıq müqavilələri mövcuddur və tezliklə Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq müqaviləsi imzalanacaq.
Ə.Rzazadə