Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Ali Məhkəməsi iki nəfəri terror təşkilatının üzvü olmaqda ittiham edərək beş il müddətinə azadlıqdan məhrum edib.
Strateq.az BƏƏ-nin “WAM” dövlət agentliyinə istinadla xəbər verir ki, adı açıqlanmayan ərəb ölkəsinə mənsub üçüncü müttəhim üç il azadlıqdan məhrum edilib və o, BƏƏ-dən deportasiya olunacaq.
Özəl mənbələr həmin şəxsin fələstinli olduğunu qeyd edir. Üçlük “əl-Nusra Cəbhəsi” terror təşkilatının özəyini yaratmaqda ittiham olunub. Birləşmiş Ərəb Əmirlikləri 2014-cü ildən ABŞ-ın yaratdığı koalisiyanın üzvüdür.
Ə.Rzazadə