XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 20:13

Wells Fargo:"Rusiyaya investisiya qoymağa dəyməz"

"OPEC və digər neft hasilatçısı ölkələrin hasilatı azaltmaq barədə anlaşması iflasa uğrayacaq. Nəticədə neft qiymətləri aşağı düşəcək. Buna görə də uzunmüddətli investisiyalar üçün Rusiyadan əvəzinə mən başqa ölkə seçərdim". 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın 242 mlrd. ABŞ dolları aktivləri idarə edən diversifikasiya edilmiş maliyyə və sığorta xidmətləri şirkəti "Wells Fargo"nun portfel investisiyaları üzrə baş mütəxəssisi Brayan Yakobsen (Brian Yacobson) verib. 

Onun sözlərinə görə, hər kəs yanvarın 20-də keçiriləcək ABŞ prezidentinin inauqurasiya mərasimindən sonra ABŞ-ın Rusiyanın beynəlxalq sanksiyaları ləğv etməsə də, yumşaldacağını gözləyir. Bu isə olduqca nikbin gözləntidir.