XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2017 - 21:42

Çində 1,4 milyon nəfər yaşadığı ərazilərdənköçürüləcək

Çində geoloji baxımdan qaynar təbii fəlakət zonalarında yaşayan 1,4 milyon nəfər başqa yerə köçürüləcək.

Ölkənin Torpaq və Ehtiyatlar Nazirliyinin məlumatına əsasən, sürüşmə, uçqun riski yüksək olan ərazilərdə məskunlaşmış təxminən 400 min ailənin 2020-ci ilədək köçürülməsi üçün xüsusi plan hazırlanıb.

Çin dünyada geoloji təbii fəlakətlərdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Belə ki, 2011-2015-ci illərdə 60 minə yaxın geoloji təbii fəlakət, o cümlədən torpaq sürüşməsi, palçıq axını faktı qeydə alınıb. Həmin fəlakətlər nəticəsində 2 mindən çox sakin ölüb, 3 milyard dollardan artıq maddi ziyan dəyib(azərtac).