XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2017 - 13:37

İsrail sərhəddəki “ağıllı hasar”ın hündürlüyünü daha 3 metr artırdı –Səbəb

stand-cat-herbi-masin-israil

İsrail qanunsuz miqrantların ölkəyə axınını dayandırmaq üçün Misirlə sərhəd boyu elektron “ağıllı” hasarın hündürlüyün artırılmasını tamamlayıb.

Strateq.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin məlumatına görə, informasiya toplama mərkəzləri və xəbərdarlıq sistemləri ilə təchiz edilmiş “Poject Hourglass” adlı orijinal maneənin tikintisi 2014-cü ildə başa çatıb.

O, Qəzza bölgəsindən Qırmızı dəniz sahilindəki Eylata qədər 242 km uzanır. Beş metr hündürlükdə olan sərhəd xəttinin vəzifəsi qanunsuz miqrasiya, narkotik və silah alveri, habelə terrorçuların girişini yasaqlamaq idi.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, yalnız 2015-ci ildə bu xətti adlamaya 213 cəhd edilib. 2016-cı ildə hasarı adlamanın 11 uğurlu cəhdi olub. Buna görə də sərhəd boyu xəttin 17 kilometrinin hündürlüyü 8 metrəyə çatdırılıb.

Ə.Rzazadə