XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 14:08

ABŞ hərbçilərinin işgəncə verməsini əks etdirən fotolar “azad edilib” –Məhkəmə qərarı

mehbus-qerar

Yanvarın 19-da ABŞ-ın federal məhkəməsi Müdafiə Nazirliyinin Əbu Qərib həbsxanası, habelə İraq və Əfqanıstandakı digər həbsxanalarda saxlanılan məhbuslara dair fotoların məxfilikdən çıxarması barədə qərar çıxarıb.

Strateq.az xəbər verir ki, Manhattandakı əyalət məhkəməsinin hakimi Elvin Hellerstayn həmin fotoların dərcinin ABŞ-ın təhlükəsizliyinə necə ziyan vurduğunu anlamadığını bildirib.

Xatırladaq ki, bu fotolar 2004-cü ildən başlayaraq dərc edilməyə başlayıb. Təxmini sayı 2 min ədəd olan fotolarda əks olunmuş şəxslər Əbu Qərib və digər həbsxanalarda onlara işgəncə verildiyini iddia edirlər. Hakim E.Hellerstayn hələ 2015-ci ilin martında 198 fotonun dərcinə icazə verib.

Ə.Rzazadə