Yanvarın 17-də təhlükəli terrorçu Məhəmməd Hüseyn əl-Fərəcin həbsindən sonra Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri onun ailə üzvü olan altı nəfərdən ibarət terrorçu qrupun zərərsizləşdirilməsi istiqamətində fəaliyyəti davam etdirir.
Krallığın şərqindəki Qatif şəhərində çökdürülən terror qrupu ictimai obyektlərə ziyan vurmaq və günahsız insanların qətlində ittiham edilir. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin axtarışında olan 23 ən təhlükəli cinayətkarlar siyahısında olan Məhəmməd Əli Əbdülrəhim əl-Fərəc ailənin böyüyüdür. O, evində aparılan axtarış zamanı polisə silahlı müqavimət göstərərkən öldürülüb.
Ailənin digər üzvü Məcid əl-Fərəc hələ də təhlükəsizlik qüvvələri tərəfindən axtarılır. Daxili İşlər Nazirliyinin “23 ən təhlükəli” siyahısında olan Salman əl-Fərəc axtarışdadır.
Terrorçunun qardaşı Əli bin Əhməd əl-Fərəc isə əmisi oğlu Hüseyn Mudun əl-Fərəc ilə yanaşı öldürülüb.
Ə.Rzazadə