Astana sammitinə bir neçə gün qalmış Suriyanın silahlı müxalifləri əllərindəki son qalalarını-İdilibi də mülki idarəçiliyə təslim ediblər.
Strateq.az xəbər verir ki, dünən bu məqsədlə İdilibdə seçki keçirilib və rayon sakinləri öz yerli idarəçilərini seçiblər. Bundan sonra Fəth ordusu 2015-ci ildən bəri əlində tutduğu hakimiyyəti seçkiylə formalaşmış yerli idarəçilərə ötürüb.