XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 12:34

Obama sanksiyanı götürdü –Sudan 500 milyon dollarlıq saziş bağladı

sudan-

Sudan Mərkəz Bankının rəhbəri 500 milyon dollar kredit üçün Əbu-Dabi İnkişaf Fondu ilə saziş imzalayıb.

Strateq.az xəbər verir ki, bu barədə Sudanın SUNA dövlət agentliyi məlumat verib.

2011-ci ildə ölkə iki hissəyə bölündükdən sonra Sudanın iqtisadi problemləri artıb. Çünki ölkənin xarici valyuta və gəlirlərinin əsas mənbəyi olan neft hasilatının dörddəüçü artıq Cənubi Sudana məxsusdur.

ABŞ prezidenti Barak Obama son altı ay ərzindəki inkişafı "müsbət" adlandırıraq Sudana qarşı bəzi iqtisadi sanksiyaları ləğv edib. Bunun sayəsində Əbu-Dabi İnkişaf Fondu ilə saziş imzalamaq mümkün olub.

Ə.Rzazadə