XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 14:48

Almaniyadan Türkiyəyə casusluq ittihamı –Açıqlama

alman-turk

Almaniya daxili kəşfiyyat xidməti Türkiyənin ölkə daxilindəki casusluq fəaliyyətindən narahatdır.

Bu barədə daxili kəşfiyyat qurumu konstitusiyanı qoruma təşkilatının (BfV) rəhbəri Hans-Georg Maassen məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə baş verən son hadisələrdən sonra Almaniyada yaşayan türklər və ya vətəndaşlıq almış türk əsilli şəxslərə təzyiq göstərilib: “Kəşfiyyat təşkilatlarının Almaniyanın maraqlarına zərər verəcək çalışmalarına qarşıyıq. Bu səbəbdən etiraz edirik”.

Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhddən sonra əksər qiyamçı Almaniyaya sığınıb. Rəsmi Anklara onların aşkar edilməsi istiqamətinə araşdırma aparıldığını açıqlayıb.

Axar.az