XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 16:58

Tehranda çökən ticarət mərkəzi –Dağıntılar altında qalan 50 adam, 395 milyon dollarlıq zərər, itən 20 min iş yeri...

daginti-cokme

Yanvarın 19-da Tehranda çoxmərtəbəli ticarət mərkəzində baş verən yanğın və binanın çökməsi nəticəsində dükan sahiblərinə təxminən 395 milyon dollar məbləğində ziyan dəyib.

Faciəli hadisə nəticəsində 20 min nəfər iş yerini itirib.

Binanın çökməsindən 24 saat keçsə də, xilasedicilər hələ də dağıntılar altında qalmış insanların xilası üçün çalışır. Dağıntılar altında 50 nəfərə yaxın insanın qaldığı bildirilir. Xilasedicilər yaxınlıqdakı binaların zirzəmisindən və kanalizasiya xəttindən binanın içərisinə girməyə çalışırlar. 

Bu gün səhər yaralı xilasedicilərdən biri ölüb.

Xatırladaq ki, Tehranda “Plasko” ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir.

APA