"Mən əminəm ki, ABŞ Prezidenti Donald Tramp NATO-nu dəstəkləyəcək".
Bunu “Blomberq” agentliyinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq söyləyib:
“İki dünya müharibəsi və soyuq müharibə bizə öyrətdi ki, Avropada stabillik ABŞ və bütün dünya üçün çox vacibdir. Mən Trampın NATO-ya bağlı qalacağına inanıram”.
Qeyd edək ki, bundan öncə Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb(Axar.az).