XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 23:38

Qambiya prezidenti vəzifəsini tərk etməyə razılıq verdi –Qalib prezident açıqladı

qambiya

Seçkilərdə məğlub olan Qambiyanın hazırkı prezidenti Yəhya Camme vəzifəsini tərk etməyə razılıq verib.

Bu barədə prezident seçkilərində qalib gələn Adama Barrou özünün “Tvitter” hesabında yazıb.

Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib.

Səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adam Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb. 

Hazırkı prezident Y.Camme isə 36,7 faiz səs toplayıb.

Səsvermənin nəticələri elan edildikdən sonra Y.Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib. 

Qeyd edək ki, ötən gün  Seneqal ordusu  Qambiyada hakimiyyətin prezident seçkilərində qələbə qazanmış Adam Barrouya verilməsini təmin etmək məqsədi ilə bu ölkəyə daxil olub.

APA