XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 10:36

Pakistanda tərəvəz bazarında partlayış- Ölən və yaralananlar var

Səhər saatlarında Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında partlayış baş verib.

Trend-in Pakistan KİV-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 12 nəfər ölüb, 30-dan artıq yaralı var.

İnsident Paraçinar şəhərində baş verib. Polisin verdiyi məlumata görə, partlayış əldədüzəltmə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Hələ ki, partlayışın məsuliyyətini Pakistanda mövcud olan ekstremist qruplardan heç biri öz üzərinə almayıb.