XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2015 - 16:45

Türkiyə Yəməndəki hərbi əməliyyatları dəstəkləyir

“Bizə əməliyyat haqda məlumat verilmişdi”

Səudiyyə HHQ-nin Yəməndəki şiə qiyamçılarına qarşı əməliyyatı vətəndaş müharibəsinin dəf olunmasına fayda gətirir.

Türkiyə mətbuatı yazır ki, ölkənin XİN bildirib: “Səudiyyə Ərəbistanı qanuni seçilmiş prezident Mənsur Hadinin xahişi əsasında bölgə ölkələri koalisiyasının iştirakı ilə husilərə qarşı əməliyyat barədə bizə məlumat vermişdi. Biz əminik ki, bu əməliyyat Yəməndə vətəndaş müharibəsi və xaosun qarşısının alınması, ölkənin qanuni rəhbərliyinin bərpa edilməsinə öz payını bəxş edəcək”.

Nazirlik həmçinin husi hərəkatı və onların xarici müttəfiqlərini bölgəsəl sülhü və təhlükəsizliyi təhdid edən fəaliyyətdən imtina etməyə çağırıb.

Türkiyənin XİN qiyamçıların Ədən şəhərinin alınması üzrə qiyamçıların hərbi əməliyyatını kəskin şəkildə ittiham edib.