XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2017 - 11:55

Məşhur Hollivud aktyoru “Türk Hava Yolları”nınyeni siması olacaq

Hollivud aktyoru Morqan Friman ABŞ-dakı “Türk Hava Yolları”nın yeni siması olub.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda 79 yaşlı M. Friman şirkətin reklam çarxına çəkilir.

Çarxın nümayişi “Superboul” kimi tanınan ABŞ-ın milli futbol liqası çempionatının final oyunu zamanı baş tutacaq. “Superboul” fevralın 5-də keçiriləcək.

Qeyd edək ki, “Türk Hava Yolları” Türkiyənin milli aviadaşıyıcısı olmaqla yanaşı, Avropanın ən böyük aviaşirkətlərindən biri sayılır.