XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 12:17

Kollina FIFA-da yenivəzifə alıb

Məşhur italiyalı hakim Pyerluici Kollina FIFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Azərtac İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, o, bu postda ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib. Kollinadan başqa, qurumda daha 10 nümayəndə çalışacaq. Onlar qaydaların təkmilləşdirilməsi, izahı, yenilənməsi, eləcə də FIFA-nın himayəsi altında keçirilən oyunlara hakim təyinatı ilə məşğul olacaqlar.

Eyni zamanda, UEFA-da hakimlik məsələləri üzrə baş komissar kimi çalışan Kollina 6 dəfə (1998-2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi seçilib.