XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 13:14

Dünya Ərzaq Proqramının rəhbəri:"Ac dünya heç vaxt sağlam dünya ola bilməz"

Dünya Ərzaq Proqramının (DƏP) icraçı direktoru Ertarin Kazin Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək, 2030-cu ilə qədər bütün dünyada aclığın kökünün kəsilməsinə dair “yol xəritəsi” – konkret kollektiv tədbirlər planı təqdim edib.

Ertarin Kazin biznesmenlərə xatırladıb ki, müasir bolluq dünyasında 800 milyona yaxın insan doyunca yeməməkdən və aclıqdan əziyyət çəkir.

Azərtac BMT Xəbər Mərkəzinə istinadla bildirir ki, E.Kazin deyib: “Ac dünya heç vaxt sağlam dünya ola bilməz”. Onun fikrincə, aclığın kökünü artıq indiki nəslin həyatı dövründə kəsmək mümkündür, lakin bunun üçün bütün beynəlxalq birliyin səyləri birləşdirilməlidir.

DƏP rəhbəri beynəlxalq korporasiyaların, milli biznes şirkətlərinin liderlərini dünyada aclığa qarşı mübarizənin innovasiyalı metodlarına qoşulmağa, ehtiyacı olan insanların qida məhsulları, ərzaq vauçerləri və maliyyə vəsaitləri ilə təmin edilməsi layihələrini dəstəkləməyə çağırıb.