XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 13:47

Alimlər:"Fəlakətli daşqınlar ola bilər"

ABŞ və İrlandiya alimləri okeanlarda suyun səviyyəsinin yüksələcəyini və daşqınların olacağını proqnozlaşdırırlar.

Azərtac “İzvestiya” qəzetinin saytına istinadla xəbər verir ki, mütəxəssislər daşqınların bir neçə yüz ildən sonra baş verəcəyini ehtimal edirlər. Onların fikrincə, bu, temperaturun dəyişməsi və buzlaqların əriməsi ilə bağlıdır. Təqribən 125 min il əvvəl havanın temperaturu indiki dövrlə müqayisədə Selsi ilə 1,5-2 dərəcə, suyun səviyyəsi isə 8-10 metr çox olub. Qlobal istiləşmə nəticəsində Yer üzü XXI əsrin ortalarında belə bir göstəriciyə çatacaq. Mütəxəssislər hesab edirlər ki, təhlükə əsasən sahillərdə yaşayan sakinləri hədələyir.

Alimlər, həmçinin dünyada tufanın baş verəcəyi tarixi də açıqlayıblar. Onların fikrincə, bu, bir neçə əsr sonra ola bilər. NASA alimləri əvvəllər həmin tufanın bu yüzillikdə olacağını proqnozlaşdırmışdılar.