XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 13:50

Türk nazir:"Əminəm ki, bu məsələ 2017-ci ildə həllini tapacaq"

Türkiyə bu il Rusiya bazarına özünün kənd təsərrüfatı məhsullarının qaytarılması haqqında məsələnin müsbət həll olunacağına ümid edir.

Azərtac "ria.ru"ya istinadla xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Mehmet Şimşək bildirib.

"Ölkələr arasında münasibətlər bərpa olsa da, 2015-ci ildəki vəziyyətə qayıtmaq üçün həll olunmalı bir çox məsələlər var. Bunlara Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışı və gələcəkdə viza rejiminin sadələşdirilməsi daxildir. Amma ümumilikdə, normallaşma var, biz yenə də yaxşı münasibətdəyik. Düşünürəm ki, bütün bunların həlli zaman məsələsidir. Dialoqlar davam edir. Əminəm ki, 2017-ci ildə bu məsələlər həllini tapacaq", – deyə M. Şimşək qeyd edib.

Xatırladaq ki, Türkiyədən Rusiya bazarına bir sıra meyvə, tərəvəz ət xammalı və gül tədarükünə 2016-ci il yanvarın 1-dən embarqo qoyulub. Oktyabrda Rusiya hökuməti öz bazarına Türkiyənin bir sıra sitrus və çəyirdəkli bitkilərini buraxmaq barədə qərar qəbul etsə də, üzüm, alma, armud, çiyələk, pomidor məhsulları, soğan, gül kələm, brokoli, xiyar, duz və s. məhsullara qadağa qüvvədədir.