XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 14:07

İtaliyada qar uçqunu altında qalmış oteldə4 nəfər sağ tapılıb

Mərkəzi İtaliyanın Abruzzo vilayəti rayonunda qar uçqunu altında qalmış oteldə daha 4 nəfər sağ insan aşkarlanıb.

Azərtac xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, qar əsirliyindən xilas edilənlərdən ikisi qadın, ikisi kişidir. Bir qədər əvvəl xilasedicilərin oteldə ikisi uşaq olmaqla, 13 nəfəri aşkarladıqları barədə məlumat verilmişdi. Hələlik 20 nəfərə yaxın insanın taleyindən xəbər yoxdur.

Xatırladaq ki, çərşənbə günü gecə Qran-Sasso dağ massivində baş vermiş hadisə zamanı oteldə 30-dan çox insan olub. İndiyədək 4 nəfərin cəsədi aşkarlanıb. Zəlzələnin səbəb olduğu qar uçqunu nəticəsində dördulduzlu otel tamam dağılıb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasedicilər daha kimisə sağ tapacaqlarına ümidlərini itirmirlər.