Pakistanın Kurram qəbilələr vilayətindəki Paraçinar şəhərindəki meyvə-tərəvəz bazarında baş verən partlayış nəticəsində həlak olanların sayı 21-ə çatıb.
Həlak olanlar arasında yerli qəbilənin başçısı Sacid Husayn Turi də var. Partlayışda 50-dən artıq adam yaralanıb.
Polisin məlumatına görə, hadisəni kamikadzenin törətməsi variantı təhlil edilir.
Regionda Taliban qruplaşması aktivdir. Bununla belə hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib(azərtac).