Suriya-İordaniya sərhədində suriyalı qaçqınların məskunlaşdığı əl-Rakban düşərgəsində baş verən partlayışda ilkin məlumata əsasən 4 nəfər ölüb.
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayıcı qoyulmuş avtomobilin partladılması nəticəsində çoxlu sayda insan yaralanıb.
Qaçqın düşərgəsində 70 min ailə yaşayır.