Yaxın həftələrdə ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşü nəzərdə tutulmur.
Bunu BBC-yə açıqlamasında Putinin mətbuat katibi Dmitri Peskov deyib.
"Donald Tramp hazırda ABŞ-ın işləriylə məşğuldur», deyə Peskov bildirib.
Onun sözlərinə görə, görüşün tarixi liderlərin telefon söhbəti zamanı müəyyənləşə bilər: "Yaxın həftələr üçün görüş nəzərdə tutulmayıb. Gəlin, ümid edək ki, bu, yaxın aylarda baş verəcək».
Peskov Putinin bu görüşə hazır olduğunu da bildirib.
Qeyd edək ki, Britaniyanın «The Sunday Times» qəzeti Trampın Putinlə İslandiyada görüşməyi planlaşdırdığı barədə xəbər yaymışdı. Sonradan Trampın yaxın ətrafı xəbərin yalan olduğunu açıqlamışdı(azadliq.info).