“Amerikalılarla aramızda birbaşa dialoq yoxdur”
Suriya prezidenti Bəşər Əsəd rus jurnalistlərinə bildirib ki, Suriya hökuməti ABŞ-la danışıqlar aparmır.
Rusiya mətbuatı yazır ki, Əsəd deyib: “Amerikalılarla aramızda birbaşa dialoq yoxdur. Bu və ya digər ideyalar bəzən üçüncü ölkə, ya üçüncü şəxslərlə ötürülür, amma bunu ciddi qəbul etmək olmaz”.
Onun sözlərinə görə, Amerika siyasətçiləri Suriyadan Fələstin və Livanın işinə qarışmağı, həmçinin İrann nüvə siyasətinə dəstəyi dayandırmağı tələb ediblər.
Əsəd həm də Rusyanın Yaxın Şərqdə hərbi iştirakının güclənməsini dəstəkləyib. O ümidvardır ki, bu amil bölgəni daha sabit duruma gətirər.
ABŞ dövlət katibi Con Kerri əvvəllər bildirmişdi ki, ABŞ rəhbərliyi Suriya rəhbərliyi ilə danışıqlar aparmağa məcburdur. Lakin dövlət departamentinin təmsilçiləri sonradan bu bəyanatı təkzib etdilər.