Yaponiyanın Tokio şəhərində “APOLLO Architects & Associates” şirkətinin memarları 65 kvadratmetr sahədə kottec inşa ediblər.
Azərtac “arxinovosti” saytına istinadla bildirir ki, ər-arvad olan memarlar paytaxtda yerin baha olmasına görə, “BRUN” adlandırılan 95 kvadratmetrlik 3 mərtəbəli evə malikdir. Binada iri pəncərələr qoyulub ki, bu da otaqlara təbii işıqlandırmanı təmin edir.
Kottecin 1-ci mərtəbəsində ev sahibinin yataq otağı və çoxsaylı velosipedləri yerləşir.
İkinci mərtəbə isə ümumi otaqla yanaşı daha 2 kiçik otaqdan ibarətdir.