XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2017 - 20:32

Vaşinqtonda və ABŞ-ın digər şəhərlərindəqadınların yürüşü keçirilir

Vaşinqtonda qadınların yürüşü keçirilir. ABŞ-ın hər yerindən zərif cinsin minlərlə nümayəndəsi Donald Trampın prezidentliyinə etirazlarını bildirmək üçün yürüşə çıxıblar.

Yürüş iştirakçıları qadınlar, homoseksualların hüquqları, immiqrantlar, qadınların abort hüququ, irqçilik barədə, habelə iqlim dəyişməsi məsələsində Donald Trampın mövqeyinə etiraz edirlər. “Access Hollywood” proqramının yazısı üzə çıxandan sonra qadınların Donald Trampa pis münasibəti pik həddə çatıb. Donald Tramp seçki kampaniyası dövründə qadınlara münasibətinə, o cümlədən “Fox News” telekanalının aparıcısı Meqin Kelli haqqında nalayiq fikirlərinə görə kəskin tənqid edilib.

Minlərlə qadın yürüşdə iştirak edir, hüquq və azadlıqları uğrunda mübarizəni davam etdirəcəklərini bildirirlər. Analoji yürüşlər Vaşinqtondan başqa ABŞ-ın və dünyanın yüzlərlə şəhərində qadınların hüquqlarına dəstək olaraq keçirilir.