XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2017 - 21:10

“Taliban” yaraqlıları 16 polisiqətlə yetirdi

Əfqanıstanın cənubunda yerləşən Qəndahar vilayətində Taliban yaraqlılarının hücumu nəticəsində 43 nəfər həlak olub.

Azərtac RİA Novosti informasiya agentliyinə telekanalına istinadla xəbər verir ki, həlak olanlar arasında 16 polis əməkdaşı var. Yerli hüquq mühafizə orqanlarından verilən məlumata görə, yaraqlılar Mayvand qəzasındakı polis məntəqəsinə dörd dəstə ilə hücum ediblər. Hücumu köməyə gələn qüvvələrin sayəsində dəf etmək mümkün olub.

Son vaxtlar Əfqanıstanda bir-birinin ardınca terror aktları törədilir. Yanvarın 10-da parlamentinin binası qarşısında intiharçı-terrorçu tərəfindən törədilmiş partlayış nəticəsində azı 38 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdı. Elə həmin gün Qəndaharda 11 nəfərin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin Əfqanıstandakı beş diolomatının ölümü ilə nəticələnən terror hücumu baş vermişdi.