XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2015 - 04:57

Putin dünyaya barmaq silkələdi

putin.jpg

Putin getdikcə gərginləşən geopolitik savaşda Qərbə güzəştə getməyəcəklərini bildirib. O, Federal Təhlükəsizlik Xidmətinin (FSB) dünən (26.03.2015) keçirilən illik toplantısında çıxış edərkən bu mesajı verib və hər cür daxili, xarici təhdidə qarşı lazımi cavab veriləcəyini dilə gətirib.

Strateq.az-ın bildirdiyinə görə, Putin çıxışında Rusiyanın qarşısını kəsmək üçün iqtisadi embarqodan tutmuş siyasi təcridə qədər hər cür yola baş vurulduğunu xatırladaraq deyib: “Amma ölkəmizi bu yollarla qorxutmaq və ya ona təzyiq etmək mümkün deyil. Bunu heç kim bacarmadı, bacarmayacaq da”.

ötən ilin xarici siyasət baxımından olduqca çətin keçdiyini bildirən ölkə başçısı dünya dövlətlərinin təzyiqi qarşısında geri çəkilməyəcəklərini xeyli sərt üslubda diqqətə çatdırıb. “Amma şərtlər hər zaman belə qalmaz. Şərtlər bizim güzəştə gedib, əyilib, büküldüyümüz zaman deyil, güclü və israrlı olduğumuz halda leyhimizə çevrilə bilər”-sitat Putinin sözügedən çıxışındandır.

Rusiya Prezidentinin bu sərt sözləri xüsusilə Federal Təhlükəsizlik Xidmətinin illik toplantısında dilə gətirməsini ekspertlər təsadüfi hesab etmirlər. Onların fikrincə, Kreml bununla dünyaya xəfiyyə savaşına başlayacağını və müxtəlif səs-küylü təxribatlarla özünə qarşı olan qüvvələrə dərs verəcəyini bəyan etmək istəyir. Xatırladaq ki, başda ABŞ olmaqla bir sıra Qərb və OPEK dövlətləri Rusiyanı iqtisadi təzyiqlərlə çökdürmək metoduna baş vururlar. İstər Ukraynada, istərsə də Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən istifadə edən Rusiyanın böyük rezonans yaradacaq təxribatlar törətmək imkanları mövcuddur.

Heydər Oğuz