XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 11:05

Çin gəmiləri Yaponiya ilə mübahisəli ərazisularına daxil olub

Çin

Çinin üç gözətçi gəmisi Yaponiyanın da iddia etdiyi mübahisəli Senkaku adaları (Dyaoyuydao) sularına daxil olub.

Bu barədə Yaponiyanın Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunur ki, Çin gəmiləri təqribən iki saat mübahisəli zonada qalıb. Həmin ərazidə keşik çəkən Yaponiya gəmiləri onlara qarşı heç bir tədbir görməyib. Çin gəmiləri sonuncu dəfə bu əraziyə yanvarın 8-də daxil olub.

Çin və Yaponiya arasında Senkaku ilə bağlı ərazi mübahisəsi 2012-ci ilin sentyabrında Tokionun bu adaları şəxsi sahiblərindən aldığını birtərəfli qaydada elan etməsindən sonra kəskinləşib. (Report)