Misir Milli Müdafiə Şurası bu ölkənin Yəməndəki ərəb koalisiyası tərkibində əməliyyatlarda hərbi iştirakının uzadılması barədə qərar qəbul edib.
Strateq.az xəbər verir ki, Şuranın bəyanatında deyilir:
“Milli Müdafiə Şurası Fars körfəzi, Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sahələrində Misir və ərəb milli təhlükəsizliyinin müdafiəsi üçün ölkə sərhədindən xaricdəki döyüş əməliyyatlarında Misir Silahlı Qüvvələrinin iştirakını genişləndirməyi qərara alıb”.
Bəyanatda “genişləndirmə” ifadəsinin açılışı verilməyib.