XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2017 - 12:22

“Həmas” rəsmisi:“Donald Tramp cahildir”

merzuk-hemas

ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində radikal islam terrorizmi barədə söylədiyinə “Həmas“ hərəkatından sərt təpki gəlib.

Strateq.az xəbər verir ki, “Həmas” Siyasi Büronun üzvü Musa Əbu Mərzuk öz “Twitter” hesabında yazıb:

“Bu cahil tarixi öyrənməyib və səlib müharibələrini törədənlərin aqibətini bilmir. Biz, İslam millət döyüşü uduza bilərik, lakin bütün müharibələrdə qalib olacağıq”.

Bundan əvvəl Əbu Mərzuk ABŞ səfirliyinin Qüdsə köçürülməsi ideyasını nəzərdə tutaraq D.Trampun Fələstin məsələsinə yanaşmaları barədə demişdi ki, onlar regionda sabitliyə xidmət etmir və İsrailə girəvə verir.