XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 12:19

Trampın milli təhlükəsizlik müşavirinin Moskva ilə hansı əlaqəsi olub? –Kəşfiyyat araşdırma aparır

flin

ABŞ  əks-kəşfiyyat idarəsi milli təhlükəsizlik müşavirinin Rusiyayla əlaqələrini araşdırır.

Strateq.az Azadlıq radisouna istinadən bildirir ki,  «The Wall Street Journal» qəzeti bu haqda bilgili mənbələrdən xəbər aldığını yazır.

RUSLARLA DANIŞIQLAR APARIB

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri təqaüdə çıxmış general Maykl Flinndir. M.Flinn prezidentin Rusiya siyasətində əsas rol oynayacaq şəxs olmalıdır. Başqa müşavirlər kimi, onun da andiçmə mərasimi dünən – yanvarın 22-də keçirilib.

Elə dünən «The Wall Street Journal» əks-kəşfiyyat idarəsinin M.Flinnin Rusiya rəsmiləri ilə danışıqlarını araşdırdığını ortaya çıxarıb. Qəzetin yazdığına görə, kəşfiyyat dekabrın 29-da gələcək müşavirin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyaka dəfələrlə zəng etdiyini öyrənib. Həmin gün keçmiş prezident Barak Obama Rusiyaya yeni sanksiyalar qoymuş, 35 rus diplomatının ölkədən qovulması haqda qərar çıxarmışdı. B.Obama administrasiyası bu qərarın Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsinə cavab olduğunu bildirirdi.

«The Wall Street Journal» yazır ki, hazırda həmin telefon danışıqlarının məğzi, həmçinin M.Flinnin rus diplomatları ilə öncəki münasibətlərinin qanunlara zidd olub-olmadığı araşdırılır. Məsələdən xəbəri olanlar ABŞ rəsmilərinin M.Flinnlə S.Kislyakın ünsiyyətinin sonralar da təkrarlanması haqda bilgi əldə etdiklərini deyirlər. Araşdırmanın nə vaxt başladığı, başa çatıb-çatmadığı, nəticələri barədə, hələ ki, bir söz deyilməyib.

AĞ EVDƏ İLK ŞƏXSDİR Kİ…

Ağ evin sözçüsü Sara Sanders dünənki bəyanatında araşdırmadan xəbəri olmadıqlarını deyib. Belə bir tədqiqat aparılsa belə, ona nəyin səbəb olduğunu anlamadığını söyləyib.

D.Trampın keçid komandasının sözçüsü, indi isə Ağ evin mətbuat katibi vəzifəsini icra edən Sean Spiker ayın əvvəlində demişdi ki, M.Flinnlə S.Kislyak arasında əlaqə D.Trampla Rusiya lideri arasında danışıqların təşkiliylə bağlıdır.

«The Wall Street Journal» yazır ki, M.Flinn Ağ Ev daxilində ilk şəxsdir ki, kəşfiyyat idarələrinin araşdırmasıyla üzləşir. ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FBI), Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Milli Təhlükəsizlik Agentliyi Rusiyanın D.Trampın seçilməsini yardım edib-etmədiyini müəyyələşdirməkdən ötrü bir neçə şəxslə bağlı birgə tədqiqat aparmaqdadır.