XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2017 - 12:55

Astanada “Suriya sammiti” başladı –Qapalı iclas 24 saat davam edəcək

astana suriya

Astanada Suriya böhranının nizamlanması üzrə görüş başlayıb.

“Rosbalt” bildirir ki, ilk dəfə olaraq, rəsmi Dəməşq və müxalifət nümayəndələri eyni danışıqlar masasında oturublar. Müzakirələrdə Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətləri iştirak edirlər.

"Rixos Prezident" otelində keçirilən Astana danışıqları qapalı olacaq və 24 saat davam edəcək. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyib, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edir.