İranda Rəsul Danyalzadə adlı bank fırıldaqçının əməlləri prezident Həsən Ruhanin nüfuzuna ciddi xələl gətirən qalmaqala səbəb olub.
Strateq.az xəbər verir ki, bu ölkə parlamentinin 40 üzvü dövlət başçısına müraciət ünvanlayıb.
Belə ki, R.Danyalzadənin bank fırıldaqları ilə bağlı işdə İran prezidentinin qardaşı Hüseyn Firudunun adı da hallanmaqdadır.
Onunla bərabər, fırıldaqlarda Hüseyn Firudunun xanımı Azər Qəfuri və ailənin digər üzvü Şəbdust Malmirinin adları da qalmaqlda çəkilir.