XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2017 - 10:24

Misir prezidenti Vaşinqtona dəvət olunub –Trampdan zəng

sisi

Misir prezidenti Əbdülfəttah əl-Sisi ABŞ prezidenti Donald Trampla telefon danışığında terrorizm və ekstremizmlə mübarizə məsələlərini müzakirə edib və Tramp həmin istiqamətlər üzrə Misirin səylərini alqışlayıb.

Strateq.az xəbər verir ki, bu bu barədə prezident Sisinin administrasiyası məlumat yayıb.

“Tramp terrorla müharizədə Misirin üzləşdiyi çətinlikləri dəyərləndirib və öz administrasiyasının u ölkəni dəstəkləməsinə dair öhdəliyini təsdiqləyib” , – deyə Sisinin sözçüsü Alaa Yusif bildirib.

Alaa Yusif əlavə edib: “ABŞ prezidenti diplomatik kanallar vasitəsilə hazırlanan Misir prezidentinin Vaşinqtona səfərinin səbirsizliklə gözlənildiyini dilə gətirib”.