XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 10:32

Çin xarici QHT-lərə ölkədə fəaliyyət göstərmək üçün icazə verdi- İlk dəfə

Çin Xalq Respublikasında ilk dəfə olaraq xarici ölkələrin qeyri-hökumət təşkilatlarının Çində fəaliyyət göstərməsinə icazə verilib. Pekin, Şanxay və Quancouda 30-dan çox xarici QHT-yə müvafiq qeydiyyat sertifikatları təqdim edilib.

Sertifikat alan QHT-lər arasında Dünya İqtisadi Forumu kimi tanınmış təşkilatlarla yanaşı, Çinin xüsusi inzibati rayonu olan Honq Konqun, habelə Tayvanın da QHT-ləri var.

Qeyd edək ki, xarici ölkələrin QHT-lərinin Çində fəaliyyətinə icazə verən yeni qanun bu ildən qüvvəyə minib. Çin İctimai Təhlükəsizlik Nazirliyinin xarici QHT-lər ofisinin direktoru Xao Yunxun deyib ki, təmsil etdiyi qurum xarici QHT-lərin qeydiyyatı üçün münbit şərait yaratmaqla yanaşı, onların hüquqlarının qorunmasını təmin edəcək.

Qanuna əsasən İctimai Təhlükəsizlik Nazirliyinin mərkəzi aparatı ilə yanaşı, vilayət səviyyəsindəki bölmələrinə də Çində fəaliyyət göstərmək istəyən xarici QHT-ləri qeydiyyata almaq hüququ verilib. (azərtac)