XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 11:44

Senat Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsinənamizədliyini təsdiqlədi

Prezident Trampın ABŞ dövlət katibi vəzifəsinə təklif etdiyi “ExxonMobil” şirkətinin sabiq prezidenti Reks Tillersonun namizədliyi yanvarın 23-də Senatın beynəlxalq münasibətlər komitəsi tərəfindən təsdiqlənib.

Komitədə çoxluq təşkil edən respublikaçı senatorlar Tillersonun namizədliyinin lehinə 11 səs, demokrat senatorlar isə onun namizədliyinin əleyhinə 10 səs veriblər. Trampın və Tillersonun əleyhdarlarından biri, ABŞ prezidenti vəzifəsinə keçmiş namizəd respublikaçı senator Marko Rubionun Tillersonun “xeyrinə” səs verməsi həlledici rol oynayıb. Rubio Tillersonu dəstəkləmək üçün səs vermək qərarını belə izah edib ki, Reks Tillersonun namizədliyinin Komitə tərəfindən təsdiqlənməsinin uzadılması ABŞ-ın milli maraqlarına müvafiq deyil.

Gözlənildiyinə görə, Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsinə qəti təsdiq edilməsi barədə Senatın tam tərkibinin iştirakı ilə səsvermə gələn həftə keçiriləcək(azərtac).