“Jerusalem post”un məlumatına görə, bir İsrail vətəndaşı ölkəsinin diplomatik münasibətləri olmayan ölkədə İŞİD-ə qarşı mübarizədə iştirak edib.
Strateq.az xəbər verir ki, bu məlumat yanvarın 24-də hərbi senzuranın icazəsi ilə dərc edilib. Həmin şəxs öz əməlinə “Holokostun təkrarlanmasını istəmirdim” cümləsi ilə bəraət verib.
Təqsirli bilindiyi təqdirdə İsrailin şimal sərhədində yaxalanmış israillini ölüm cəzası gözləyir.
Yerli “Kanal 10”un məlumatına görə, öz ifadəsində müttəhim özünü müdafiə məqsədi ilə bir yerli mülki şəxsi qətlə yetirdiyini deyib.
İsrail KİV-lərin dəqiqləşdirmələrinə görə, adı hallanan şəxs İsrail-Kanada vətəndaşlığı olan, əslən Vankuverli Gill Rosenberqdir. 31 yaşlı qadın Peşmərgə qüvvələrinin tərkibində İraq və Suriyada döyüşüb. “Biz, yəhudilər həmişə Holokostdan danışırıq. Lakin ədalət təkcə yəhudilər yox, həm də bütün bəşəriyyət üçündür. O cümlədən İraq və Suriyadakı uşaq və qadınlar üçün”, – deyə G.Rosenberq bildirib.
İfadəsinə əsasən, o, "Facebook"dan istifadə edərək, kürd hərbi qüvvələri üçün könüllü toplayan şəxslərlə əlaqə saxlayıb.
G.Rosenberqinn sözlərinə görə, o, əvvəlcə İordaniyaya və oradan İraqa, Ərbil şəhərinə gedib.
31 yaşlı qadın bir sıra Qərb könüllüləri ilə birgə Peşmərgə sıralarına qoşulub və yəhudi olduğunu gizlətməyib. "Kürdlər İsraili və yəhudi xalqını sevirlər. Amma komandirlərim yəhudi olduğumu gizlətməyi tapşırmışdı. Hamıya yalnız kanadalı olduğumu deməliydim".
Strateq.az