Səudiyyə Ərəbistanının xarici işlər naziri Ədül əl-Cübeyr bildirib ki, bu yaxınlarda ABŞ prezidenti Donald Trampın Departamenti ilə əlaqə saxlayıb. “Biz nikbin ovqatdayıq”, – deyə nazir əlavə edib.
Strateq.az xəbər verir ki, ər-Riyadda həmkarı, Fransa xarici işlər naziri Jan-Mark Ayro ilə görüşdükdən sonra səudiyyəli nazir mətbuat konfransı keçirib. Bu açıqlama da məhz orada verilib.
J-M. Ayro ikitərəfli danışıqlar üçün bu ölkəyə gəlib. O, həmkarı ilə əsas regional məsələləri, xüsusilə Suriya, Yəmən, İraq və Liviyadakı vəziyyəti müzakirə edəcək.