XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 21:12

İrandan ABŞ və Avropaya mesaj:“Atom-nüvə proqramı əvvəlki vəziyyətə qayıda bilər”

cavad-zerif-iran-XIN

“İranın atom-nüvə proqramı praktik olaraq, razılaşmadan əvvəlki vəziyyətə qayıda bilər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Tehranda Ticarət – Sənaye Palatasındakı çıxışında bildirib.

“Razılaşmanın İslam Respublikasının maraqlarına cavab vermədiyi qənaətinə gəlsək, o zaman əvvəlki vəziyyətə qayıda bilərik. Bunun üçün heç kimdən icazə almayacağıq" – nazir vurğulayıb.

Onun sözlərinə görə, bu, qarşı tərəf üçün isə elə də asan başa gəlməyəcək: “Bunun üçün onlar dünyanın minə yaxın bankını İranla sövdələşməyə getməməyi əsaslandırmalıdırlar. Bundan sonra isə İranın nüvə dosyesi BMT Təhlükəsizlik Şurasına təqdim edilməlidir”.

Ümumiyyətlə, 2015-ci il iyulun 14-də İranla “altılıq” ölkələləri (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) arasında İslam Respublikasının nüvə probleminin tənzimlənməsinə dair razılaşma əldə edilib. Bu razılaşma çərçivəsində İrana qoyulan maliyyə və iqtisadi sanksiyalar qaldırılır, Tehjran isə öz nüvə proqramını məhdudulaşdırır. Razılaşma 2016-cı il yanvarın 16-da həyata keçməyə başlanılıb.

Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp seçkiqabağı kampaniyası zamanı İranla bağlanmış sazişi “ən pis sövdələşmə” adlandıraraq, prezident kimi görəcəyi “ilk iş” bu sənədi ləğv etmək olacağını deyib.