Küveytin xarici işlər naziri xarici işlər naziri Şeyx Sabah Xalid əl-Hamid əs-Sabahın yanvarın 25-də Tehrana səfəri gözlənilir.
Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, Küveytin xarici işlər naziri Fars körfəzi Ölkələri Əməkdaşlıq Şurasının mesajını İran rəsmilərinə çatdırmalıdır. Səfər çərçivəsində Şeyx Sabahın Tehranda yüksək səviyyədə qəbul ediləcəyi söylənilir.
Xatırladaq ki, son günlərdə Küveytin İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməsinə dair bəzi xəbərlər yayılmaqdadır.