ABŞ prezidenti Donald Tramp, bütün tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir, çünki bu, ABŞ-ın maraqlarına uyğundur. Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
“Çünki o, razılıq əldə etməyi bacarır və o, ABŞ-ın maraqlarına cavab verən razılaşmalara nail olacaq”, – deyə Spayser jurnalistin Trampın Rusiya ilə münasibətləri bərpa etməyə çalışmasının səbəbinə dair sualına cavab olaraq bildirib. (APA)