XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 11:12

Türkiyə xüsusi təyinatlılarından qisas əməliyyatı –48 saat ərzində İŞİD "əmir"ini tutub, gətirdilər

isid-borde-bereli

Əl Bab-da 20 yanvar günü Türkiyə ordusunun şəhidlərinin qisası alınıb.

"Milliyet" xəbər verir ki, o hücumdan düz 2 gün sonra kəşfiyyat terrorçuların yerini təsbit edib, xüsusi təyinatlılar hərəkətə keçərək, 20 yanvar gecəsi türk hərbçilərinə qarşı xain hücum təlimatını verən İŞİD "əmir"ini ələ keçirib.

Qeyd edək ki, İŞİD-in 20 yanvar gecəsi terror hücumu zamanı 5 hərbçi – Emre Doruk, Bahattin Mis, Səlim Topal, Ramazan Daşqın və Mete Can – şəhid olub, 9 əsgər isə yaralanıb.

Partlayışın ardından TSQ tərəfindən bölgədə geniş miqyaslı əməliyyat başladılıb. F-16-lar tərəfindən bölgədə təsbit edilən İŞİD hədəflərinə bombalar yağdırılıb.

Ümumilikdə 21 hava zərbəsi nəticəsində 46 İŞİD terrorçusu məhv edilib, 16-sı isə yaralanıb.

İŞİD "əmir"inin yeri kəşfiyyat əməliyyatı nəticəsində 48 saata müəyyən edilib. Əməliyyat üçün TSQ-nin göz bəbəyi olan xüsusi təyinatlılar (bordo berellilər) təlimatlandırılıblar. Basqın şəklində həyata keçirilən əməliyyat hərəkat mərkəzindən də canlı olaraq izlənilib. Terror əmrini verən İŞİD "əmir"i sağ ələ keçirilərək Türkiyəyə gətirilib.

Hal-hazırda onun dindirilməsi davam edir.(publika.az)