XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Yanvar 2017 - 11:09

Tramp mübahisəli neft kəmərləri layihələri haqqındasərəncamlar imzalayıb

ABŞ Prezidenti Donald Tramp mübahisəli neft kəmərləri layihələri haqqında sərəncamlar imzalayıb.

Azərtac xəbər verir ki, sərəncamlar “Şimali Dakota Çıxışı” (“The North Dakota Access pipeline”) və “Keystone XL” neft kəmərlərinin başa çatdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama tərəfindən “Keystone XL” neft kəməri layihəsinin icrasına üç dəfə veto qoyulub.

Uzunluğu 1900 kilometr, dəyəri isə 8 milyard olan “Keystone XL” ABŞ-ın neft emalı zavodlarına Kanadadan neft nəqlini nəzərdə tutur.

“Şimali Dakota Çıxışı” kəməri isə 3,7 milyard dollar dəyərində qiymətləndirilir. Boru kəməri ilə İllinoys, Cənubi Dakota və Ayovadan keçməklə 470,000 min barrel neftin daşınması planlaşdırılır.