XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 12:53

İsraildə İŞİD-lə mübarizəyə qoşulandaha bir şəxsin adı açıqlanıb

hass

İsrail mediasında İŞİD-ə qarşı döyüşmüş yəhudi dövlətinin daha bir vətəndaşı barədə məlumat yayılıb.

Strateq.az xəbər verir ki, 21 yaşlı Adam Hassin 2015-ci ildən İsrailin diplomatik münasibətləri olmayan bir ərəb ölkəsində həbsdədir. Kanada doğumlu A.Hassin Təl-Əvivdə yaşayıb və yollandığı ölkədə qətl törətmək ittihamı ilə mühakiməsini gözləyir.

Onun barəsində açıqlamanı İsrailin regional əməkdaşlıq nazirinin müavini Ayub Kara verib. Rəsminin sözlərinə görə, A.Hassinin atası oğlunun azad edilməsi üçün 120 min $ fidyə ödənilməsi tələb olunduğunu iddia edir. İsrail XİN-i hazırda bu prosesi izləyir və məhkəmənin qərarını gözləyir.

Gəncin atası İlan Hassin bildirib ki, oğlu adı çəkilməyən ərəb ölkəsinə baba-nənəsini görmək və İŞİD-lə mübarizə üçün gedib. Yolda onun İsrail vətəndaşı olduğunu bilən sürücü ilə mübahisəsi düşüb və A.Hassin onu öldürüb.