XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 12:40

“Əş Şəbab” yaraqlıları Moqadişoda oteləhücum ediblər

“Əş Şəbab” qruplaşması Somalinin paytaxtındakı “Dayah” otelinə hücumun məsuliyyətini üzərinə götürüb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, yanvarın 25-də otelin darvazasında minalanmış avtomobil partladılıb. Bundan sonra yaraqlılar otelə daxil olub və atışma başlayıb. Hələlik ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, əsasən siyasətçilərin, hökumət nümayəndələrinin və sahibkarların qaldığı “Dayah” oteli Somali parlamentinin yaxınlığında yerləşir.