XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 14:17

Şoyqu ölkənin cənubunda qoşunlarıgücləndirməyə çağırıb

Ukraynanın cənub-şərqindəki vəziyyət və Şimali Qafqazda beynəlxalq terror qruplaşmalarının fəaliyyəti ilə əlaqədar Cənub Hərbi Dairəsinin qoşunları gücləndirilməlidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında müdafiə naziri Sergey Şoyqu bildirib.

O, dairə qoşunlarının döyüş heyətinin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsinin, müqavilə üzrə hərbçi qəbulunun, eləcə də qoşunların yeni silah və hərbi texnika ilə təchizatının və hərbi infrastrukturun inkişafının zəruriliyini qeyd edib.