XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 14:46

Lavrov:"Rusiyalı diplomatların ölkə xaricində qorunması üçün tədbirlər kompleksi hazırlanıb"

"Rusiyalı diplomatların ölkə xaricində qorunması üçün tədbirlər kompleksi hazırlanıb və Prezident Vladimir Putin onu təsdiqləyib."

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib.

"Rusiyanın Ankaradakı səfiri Andrey Qennadiyeviç Karlovun öldürülməsi Rusiyanın əcnəbi ölkələrdəki təsisatlarının və onların əməkdaşlarının təhlükəsizliyinin artırlmasına ciddi zərurət olduğunu göstərdi. Hazırda orqanlararası formatda tədbirlər kompleksi hazırlanıb və Rusiya prezidenti bunu təsdiqləyib. Məhz bu tədbirlər kompleksi əsasında baş nazirə müvafiq təlimat verilib" – S.Lavrov vurğulayıb.

O, deputatlara müraciətində deyib ki, onların yerinə yetirilməsinə çalışırıq: "Bu işdə sizin də dəstəyinizə ümid edirik".